"Birbaşa Bakı" ÇL-in 1/8 finalında!
2023-09-07 23:10:40

Azərbaycanın minifutbol üzrə komandalarından "Birbaşa Bakı" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci görüşünə çıxıb.
Hurriyyet.Az xəbər verir ki, "Birbaşa Bakı" Moldovanın "Volta" kollektivi ilə üz-üzə gəlib. Matç Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlib - 3:1.
Beləliklə, xallarının sayını 6-ya çatdıran "Birbaşa Bakı" 1/8 finala vəsiqəni təmin edib.
"Birbaşa Bakı"nın 3-cü görüşdəki rəqibi Albaniyanın "Prestij" klubu olacaq. \\Offsideplus.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya