“Bir xalq ki, unitazlarını götürüb gedirsə, onlar …”

2022-09-08 21:41:00

“Bir xalq ki, unitazlarını götürüb gedirsə, onlar …”

“Son 30 ildə Xocalıda, Ağdamda, Xankəndidə erməni vandalizminin, erməni vəhşiliyinin, erməni barbarlığının şahidi olmaqdayıq”.
Hurriyyet.az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Politoloq qeyd edib ki, Qarabağda törədilən vəhşiliklərə dünyanın heç bir ölkəsində rast gəlinməyib:

“Tarixdən də məlumdir ki, Almaniyanı, Avropanı işğal edəndə belə şəhərlər heç o günə salınmamışdır. Bu gün saysız-hesabsız ərazilərimizdə minalar basdırılıb. Amma təəssüflər olsun ki, yenə də dünya səviyyəsində erməniləri müdafiə edirlər. Biz öz həqiqətlərimizi bugünədək lazımınca çatdıra bilməmişik. Çatdırımışıqsa, istənilən halda xristian amili öz sözünü deyib. Biz yenə də ermənilərin vəhşi, barbar olduğunu göstərməliyik. Bütün dünyaya çatdırmalıyıq ki, onlar necə qəbirləri dağıdırlar, ölmüş insanların cəsədləri ilə nələr edirlər. Ümumiyyətlə, bir xalq ki, unitazlarını götürüb gedirsə, onlar nə qədər irgənc olduğunu nümayiş etdirir. Bunlara xalq yox, tayfa, kütlə demək olar. Hesab edirəm ki, Azərbaycan dövləti dünya səviyyəli bloggerləri, məşhur fotoqrafları Qarabağa dəvət etməli və erməni vandalizmini bütün dünyaya çatdırmalıdır”.

Aynurə Pənahqızı

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060486