Saat:02:35
Haqqımızda

Bir pıçıltı ilə...

2022-01-18 14:21:00

Bir pıçıltı ilə...

Rəssam qardaşım,

Könül sirdaşım!

Gülləri o qədər də

Qırmızı çəkmə.

Onsuz da özləri,

Qırmızı olur güllər.

Gələcək günləri

Qırmızı çəkmə:

Onsuz da özləri,

Qırmızı olacaq -

Gələcək günlər!

Qırmızı rəngdə

Rüşvət kürsüsü çək,

Üstündə də

Kürsü  xəstəsi -

Bir oğraş çək!

Bir İblis çək!

Yanağı qırmızı olsun,

Dodağı qırmızı olsun,

Boyu qisa, rəngi kürən,

Gözü, qaşı, kiprikləri,

Burnu, xalı, qırmızı olsun.

Yorğan – döşəyi qırmızı,

Solu, sağı qırmızı olsun.

Qan içində üzdür onu –

Yatağı qırmızı olsun.

Əgər çəkməsən –

O “üzü qırmızı”

Qırmızıya boyuyacaq hamımızı!

Ona görə də birinci

Onu – sən qabaqla.

Ancaq qara haşiyəsini

Bu gün çəkmə -

Sabaha saxlla.

Çünki –

minbir üz var onda,

Bir də gördün -

Sabah göründü başqa donda.

O vaxt təlx olacaq ovqatın.

Haşiyə rəngi tapmaq -

Olar fırçana çətin.

Rəssam qardaşım,

Könül sirdaşım,

Qırmızı kürsüdə çəkdiyin

Başdan – başa

Qırmızıya “bükdüyün” o oğraşın -

Ağzında da bir sümük çək.

Sümüyü sındıra bilməsin deyə -

Dişlərini mırıq çək.

Qırıq çək qıçlarını -

Yalanı tək – yeriyə bilməsin.

Mırıq çək dişlərini -

Şirə dönüb

biziı yeyə bilməsin.

...Rəssam qardaşım,

Könül sirdaşım,

Nə yaxşı ki, sən varsan.

Dediyimi anladın,

Eləcə pıçıldadım.

Demədim bərkdən,

Cünki, sənətkar olan –

Yaxşı seçir tükü – tükdən!

Əmir Pəhləvan

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR