Saat:20:03
Haqqımızda

Bir neçə saniyəyə satılan 442 güzəştli mənzil yenidən satışa çıxarılacaqmı?

2022-04-16 14:15:00

Bir neçə saniyəyə satılan 442 güzəştli mənzil yenidən satışa çıxarılacaqmı?

Onlayn satışın kibertəhlükəsizlik məsələləri təminat altına alınmadığına görə MİDA məsuliyyət daşıyırmı?..

Ekspert: “Müdaxilə DTX səviyyəsində təsdiqlənib və bu duraumada həmin mənzillərin satışının legitimliyindən və qanunuliyindən danışmaq yersizdir. Çünki bir çoxları məhz kibercinayətkarların köməyi ilə mənzil sahibi olublar”.

“Biz hələ də güzəştli mənzillərin satışanda istənilən səviyyədə şəffaflığa nail ola bilməmişik və bu məsələ öz həllini tapmalıdır. Açığı deyim ki, şəffaflığın tam təmin olunması həm də bu kimi müdaxilələrin olmasının da qarşısını ala bilər. Ümumiyyətlə isə şəffaflıq güzəştli mənzillərinin satışının ədalətli olmasının qarantı olmalıdır”.

Bu sözləri DTX-nın dünən keçirdiyi əməliyyat nəticəsində 442 güzəştli mənzillin satışına kənar müdaxilənin olmasının təsdiqlənməsini PİA.az-a şərh edən Consulting“VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

Dünən yayılan rəsmi məlumat görə, DTX bir neçə saniyəyə satılan 442 güzəştli mənzillə bağlı əməliyyat keçirib və saxlanılanlar var. Yayılan məlumatda bildirilir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) onlayn satış prosesinə müdaxilə olunub və güzəştli mənzillərin qanunsuz yollarla satışı həyata keçirilib. DTX-nın məlumatında bildirilir ki, məsələnin araşdırılması üçün quruma Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) müraciət edib.

DTX-nın apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edib, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

Bəs belə bir kənar müdaxiləni MİDA-dan dəstək almadan həyata keçirmək mümkündürmü? Onlayn satışın kibertəhlükəsizlik məsələləri təminat altına alınmadığına görə MİDA məsuliyyət daşıyırmı? Eyni zamanda bir neçə saniyəyə satılan 442 güzəştli mənzillərin satışına kənar müdaxilə olunduğu üçün həmin mənzillər yenidən satışa çıxarılacaqmı?

Məsələ ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting“VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucun mövqeyini öyrənib.

Vüqar Oruc: “Martın 30-da 5 saniyəyə satılan 442 mənzilin yenidən satışa çıxarılması ilə bağlı çağırışlara gəlincə isə, mən də hesab edirəm ki, həmin mənzillər yenidən satışa çıxarılmalıdır”.

MİDA-nın baş verənlərə görə birbaşa məsuliyyət daşıdığını hesab etməyən Vüqar Oruc PİA.az-a bildirib ki, bütün halalrda sistem təkmilləşdirilməli və kibertəhlükısizliyə qarşı təminat yaradılmalıdır. Ekspertə görə MİDA-nın fəaliyyətində ən önəmli məsələlərdən biri də şəffaflığın tam təmin olunmasıdır

“Bu məsələ ortaya çıxanda, yəni 442 güzəştli mənzilin bir neçə saniyədə satılması ölkədə əsas müzakirə obyektinə çevriləndə, verdiyim bir açıqlamada mən kənar müdaxilənin ola bilməsini istisna etməmişdim və bildirmişdim ki, olla bilsin, hansısa kibercinayətkar qrup vətəndaşlardan pul alaraq MİDA-nın satış prosesinə müdaxilə ediblər. Məsələ ilə bağlı MİDA-nın verdiyi açıqlama bir qədər anlaşılan olmasa da, görünür ki, qurumun rəhbərliyi də kənar müdaxiləni istisna etməyiblər və buna görə məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə müraciət ediblər.

Dğvlət Təhlükəsizlik Xidmətinin dünən keçirdiyi əməliyyat da onu sübut elədi ki, kibercinayətkar qrup doğrudan da güzəştli mənzillərin satışına kənardan müdaxilə ediblər və bu ağır cinayətdir. Hesab edirəm ki, DTX bu qrupun cinayətkar əməllərini tam sübuta yetirərək onların layiqli cəzalarını almasını təmin edəcək.

MİDA-nın baş verən proseslə bağlı məsuliyyətinə gəlincə, istənilən dövlət, ya da özəl qurumun fəaliyyəti kiberhücuma məruz qala bilər. Bu bizim yaşadığımız əsrin reallığı və problemidir. Hətta bu yaxınlarda Rusiya kimi böyük dövlətin Müdafiə Nazirliyinin veb səhifəsinə kiber hücum həyata keçirildi və Rusiya MN-nin məxfi məlumatları sosial platformalarda paylaşıldı. Belə yüzlərlə gətirmək olar və bir da ha qeyd edim ki, bu bizim yaşadığımız internet dövrünün reallığıdır.

Ona görə də hesab etmirəm ki, MİDA baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Ola bilsin ki, qurumdam kimsə kibercinayətkar qrupla bu və ya digər şəkildə əlaqəli olsun. Lakin bu barədə hələ ki, heç bir məlumat yoxdur və bu DTX-nın apardığı araşdırmalar daxilində olan bir məsələdir. Ona görə də hesab eləmirəm ki, MİDA-nın rəhbərliyi baş vermiş müdaxiləyə görə məsuliyyət daşımalıdır. MİDA sadəcə burda zərərçəkən tərəfdir. Eyni zamanda kiberhücum yüzlərlə vətəndaşın hüquqlarına ziyan vurub.

Vüqar Oruc: “İndiki sitemdə hər şey onun üzərində qurulub ki, kim tez prosesə qatılsa, o, da mənzil sahibi olur. Mənə görə bu sistem doğru deyil və ədalət prinsipi ilə, həmçinin vətəndaşların ehtiyaclarının təmin olunması üçün dövlətin yürütdüyü sosial siyasətlə üst-üstə düşmür. Ona görə də bu sistem təkmilləşdirilməlidir”.

Təbii ki, bundan sonra MİDA və digər dövlət qurumları onlayn satış prosesinin təhlükəsizliyini artırmalı və tam təminat altına almalıdır. Ümumiyyətlə isə düşünürəm ki, güzəştli mənzillərin satışı ilə baölı prosesi MİDA təkmilləşdirməlidir. Hesab edirəm ki, baş verən müdaxilə sistemin həm təhlükəsizliyinin, həm də özünün təkmiləşdirilməsinin zəruriliyini ortaya qoymuş oldu və yəqin ki, növbəti satış prosesində biz bir qədər fərqli sistemlə üzləşəcəyik.

Açığı mən daha əvəl də bildirmişdim ki, güzəştli mənzilə ehtiyacları olan insanları onlayn satış sistemi ilə müəyyən etmək çox çətin məsələdir və bizin həmin mənzillərin heç də həmin sosial kateqoriyaya aid olmayan insanlar tərəfindən alınmasının şahidi olmuşuq. İndiki sitemdə hər şey onun üzərində qurulub ki, kim tez prosesə qatılsa, o, da mənzil sahibi olur. Mənə görə bu sistem doğru deyil və ədalət prinsipi ilə, həmçinin vətəndaşların ehtiyaclarının təmin olunması üçün dövlətin yürütdüyü sosial siyasətlə üst-üstə düşmür. Ona görə də bu sistem təkmilləşdirilməlidir. Bununla bağlı onlarla şikayətlər də şəxsən mənə edilib. Belə halalrın olması da təbiidir, lakin hər bir sitemin hər zaman təkimilləşdirilməyə, daha da mükəmməlləşdirilməyə ehtiyacı var.

Bu məsələdə ən önəmli məsələlərdən biri də şəffaflığın tam təmin olunmasıdır. Çox təəssüf ki, biz hələ də güzəştli mənzillərin satışanda istənilən səviyyədə şəffaflığa nail ola bilməmişik və bu məsələ öz həllini tapmalıdır. Açığı deyim ki, şəffaflığın tam təmin olunması həm də bu kimi müdaxilələrin olmasının da qarşısını ala bilər. Ümumiyyətlə isə şəffaflıq güzəştli mənzillərinin satışının ədalətli olmasının qarantı olmalıdır. Ortada olan bütün problemlərin həlli üçün bütün dövlət qurumları əl-ələ veərərk elə bir xidmət sistemi formalaşdırmalıdırlar ki, vətəndaşların hüquqlarının qorunması təminaqt altında olsun. Bu kimi halalrın da bir daha təkrarlanmamsı üçün dövlət qurumları tədbirlər görməlidirlər.

Martın 30-da 5 saniyəyə satılan 442 mənzilin yenidən satışa çıxarılması ilə bağlı çağırışlara gəlincə isə, mən də hesab edirəm ki, həmin mənzillər yenidən satışa çıxarılmalıdır. Çünki müdaxilə DTX səviyyəsində təsdiqlənib və bu duraumada həmin mənzillərin satışının legitimliyindən və qanunuliyindən danışmaq yersizdir. Çünki bir çoxları məhz kibercinayətkarların köməyi ilə mənzil sahibi olublar”.

Pia.az