Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb

2022-05-09 23:23:00

Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb

"Bir milyondan çox ukraynalı zorla Rusiyaya aparılıb".

Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova “Facebook” səhifəsində məlumat verib.

"Hazırda Rusiyada 1 milyon 185 mindən çox vətəndaş, o cümlədən 200 min uşaq var. Bizdə onların Rusiyaya məcburi aparıldığını göstərən dəlillər var”, - deyə o, bildirib.

Denisovanın sözlərinə görə, bəzi qondarma düşərgələrdə 20 mindən çox vətəndaş var. Həmin yerdəki insanların hara aparıldıqları barədə məlumat yoxdur.

Onun sözlərinə görə, Rusiyaya deportasiya olunmuş ukraynalıların düşərgələrini tapıb Ukrayna tərəfinə məlumat verən könüllülər var. \\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya