Bir kənd yumurtası 1 dollara satılır – rekord bahalaşma
2023-01-24 17:12:00

Hurriyyet.az xəbər verir ki, ABŞ-da quş qripi epidemiyasının yumurta istehsalını azaltması ilə yanaşı, inflyasiyanın da təsiri nəticəsində qiymətlər rekord səviyyəyə çatıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə, ötən ilin fevral ayında başlanan quş qripi epidemiyası 47 ştatda 60 milyona yaxın toyuğun tələf edilməsinə səbəb olub və ölkənin yumurta ehtiyatı 29% azalıb.
Yeni il ərəfəsində ABŞ-da yumurtanın qiymətləri 2022-ci ilin əvvəli ilə müqayisədə 267 faiz artıb. Ötən ilin əvvəlində 12 yumurtanın topdansatış qiyməti 1,5 dollar ikən ilin axırında 5 dollardan baha satılmağa başlayıb.
Təbii kənd yumurtasının 12 dənəsi marketlərdə 12 dollara yaxın, broyler yumurtaları isə 7 dollara yaxın qiymətə satılır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya