Saat:18:26
Haqqımızda

Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - Markedonov

2021-11-30 09:37:00

Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - Markedonov

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Soçidə görüşü bir neçə səbəbdən əlamətdardır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov “Bunin Co” Teleqram kanalına şərhində deyib.

“Əvvəla, bu görüş Qarabağ müharibəsinin başa çatmasının bir illiyindən az sonra keçirildi. Ancaq Ermənistan-Azərbaycan konflikti başa çatmayıb. Əksinə, Bakı və İrəvan əvvəlki kimi sülhdən çox uzaqdır. Ən ciddi atəşkəs pozulması Soçi sammitindən 10 gün əvvəl baş vermişdi.

İkincisi, 10 noyabr 2020-ci il bəyanatından keçən bir il müddətində Rusiya sülh prosesinin moderatoru olaraq öz lidel rolunu gücləndirib. Və Rusiyanın bu rolundan həm Bakı, həm də İrəvan razıdır.

Bir ildə 3 birgə bəyanat! Minsk Qrupunun digər həmsədrləri arasında bu cür nəticəli sənədlərlə öyünə biləcək ikinci bir ölkə yoxdur. Faktiki olaraq Rusiya-Azərbaycan-Ermənistan formatı ATƏT-i danışıqlar platforması kimi ikinci plana keçirdi.

Üçüncüsü, Soçi sammiti danışıqlar prosesindən mühüm irəliləyiş olmasa da, əbəs deyildi. Çünki nəticədə mühüm üçtərəfli bəyanat qəbul edildi”, - ekspert vurğulayıb.

O bildirib ki, Soçi bəyanatı üslubuna görə digər iki bəyanatdan ciddi şəkildə fərqlənir:

“10 noyabr bəyanatı – “yanğın sənədi” idi; o, atəşkəsin şərtlərini təyin etdi və köhnə status-kvonun dağılması və yeni statusun formalaşması kontekstində sülh yolu ilə nizamlanmanın müəyyən konturunu verdi.

11 yanvar 2021-ci ildəki ikinci bəyanat regiondakı kommunikasiyaların açılmasına fokuslanmışdı. Sülh prosesində iqtisadi səmərənin ön plana çıxarılması təklif edildi. Alınmadı.

Ancaq yeni birgə bəyanatda tərəflər arasında tamhüquqlu nəqliyyat əlaqəsinin bərpası məsələsi artıq Rusiya sülhməramlılarının Qarabağdakı effektivliyi, sərhədin demarkasiyası və delimitasiyası işləri ilə bağlıdır. Belə bir bənd əvvəlki bəyanatlarda bu cür dəqiq qeyd edilməmişdi.

Görünür ki, 2021-ci ildə məhz sərhəd məsələsi birinci plana çıxıb və region üçün ən təhlükəli çağrışa çevrilib. Moskva isə həm Bakıya, həm İrəvana, həm də bütün dünyaya göstərməyə çalışır ki, bu düyünü açmaq üçün əsas resurs və açar odur”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR