Bir il yeddi gün sonra nəşi tapılan şəhid gizir dəfn edildi

2021-10-14 13:02:00

Bir il yeddi gün sonra nəşi tapılan şəhid gizir dəfn edildi

Dünən nəşi tapılan şəhid gizir İxtiyar Əliyevlə anadan olduğu Goranboy rayonunda dəfn edilib. Şəhid əvvəlcə yaşadığı evə gətirilib.

Hürriyyət.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi İxtiyar Əliyevin nəşi bir il yeddi gündən sonra tapılıb.

Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi. Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı. Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

YƏHYA