“BİR HƏFTƏ VAXTINIZ QALIB...” – Ukrayna müdafiə naziri ruslara müraciət etdi

2022-12-31 12:10:00

“BİR HƏFTƏ VAXTINIZ QALIB...” – Ukrayna müdafiə naziri ruslara müraciət etdi

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ruslara xəbərdarlıq edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov videomüraciətində bildirib.

O bildirib ki, Rusiya rəhbərliyi yeni səfərbərlik dalğasına hazırlaşır və bir həftə ərzində ölkə sərhədlərini bağlamağı planlaşdırır.

"Yeni il ərəfəsində hərbi xidmətə cəlb olunan Rusiya vətəndaşlarına müraciət edirəm. İlk növbədə, bu, Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Seçim etmək üçün hələ bir həftəyə yaxın vaxtınız qalıb", - deyə nazir bildirib.

Aleksey Reznikov Rusiyanın Belarusla sərhədlərinin də bağlanacağını deyib. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.186754