Bir ayda Rusiyanı 20-dən çox şirkət tərk edib – 400 minə yaxın insan iş yerini itirib

2023-05-02 14:17:00

Bir ayda Rusiyanı 20-dən çox şirkət tərk edib – 400 minə yaxın insan iş yerini itirib

Son bir ay ərzində “KFC” və “Mercedes-Benz” də daxil olmaqla ümumilikdə 20-dən çox şirkət Rusiya bazarını tərk edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə KSE instutunun “Xarici şirkətlərin ölkədən çıxışının Rusiya iqtisadiyyatına təsiri” ilə bağlı apardığı araşdırmada deyilir.

“Bu gün Rusiyada fəaliyyət göstərən xarici şirkətlərin yalnız 18,2%-i Rusiya bazarını tərk edib, 27,4%-i gözləmə mövqeyindədir, 23,7%-i isə fəaliyyətlərini davam etdirir. Yerdə qalan 30,7%-lik kəsim isə yaxın gələcəkdə öz fəaliyyətlərini məhdudlaşdırmaq və Rusiya Federasiyasını tərk etməklə bağlı planlarının olduğunu açıqlayıb”, - KSE İnstitutu bildirib.

Qeyd olunur ki, Rusiyada cəmi 233 beynəlxalq şirkət fəaliyyətini tamamilə dayandırıb. Həmçinin, 1203 xarici sahibkarlıq subyekti fəaliyyətini məhdudlaşdıraraq ölkəni tərk etmək niyyətində olduğunu açıqlayıb. Eyni zamanda, 1240 şirkətin Rusiya bazarını tərk etmək fikrində olmadığı bildirilir.

KSE İnstitutunun məlumatına görə, 233 beynəlxalq şirkətin Rusiya bazarını tərk etməsi nəticəsində ən azı 395,4 min insan iş yerini itirib. Bu şirkətlərin illik ümumi gəlirinin 55,4 milyard dollar, kapitalının 40,1 milyard dollar, aktivlərinin dəyərinin isə 49,2 milyard dollar olduğu bildirilir.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206675