BİR AYA CƏMİ 0.04 FAİZ ƏRAZİ... – Bu gedişlə Rusiyanın Ukraynanı işğal etməsinə iki əsr lazımdır

“Bu ilin fevralında Rusiya Ukraynanın cəmi 0.04 faiz ərazisini işğal edə bilib”.
Hurriyyet.az xəbər verir ki, bunu “Business Insider” nəşri hərbi ekspertlərə istinadla yazıb.
Yazıda qeyd olunur ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun mütəxəssislərinin hesablamalarına görə, fevralda işğal olunan ümimi ərazi cəmi 234 kv. kilometrdir ki, bu da bütün Ukrayna ərazisinin 0.039 faizi deməkdir. Lakin nəşr yazır ki, “War Mapper” izləmə qrupu başqa rəqəm təqdim edib. Onun göstəricilərində fevralda işğal olunan ərazinin cəmi 85 kvadrat kilometr olduğu göstərilir ki, bu da Ukrayna ərazisinin 0.001 faizini təşkil edir.
“Business Insider”-ə danışan ISW mütəxəssisləri qeyd ediblər ki, göstəricilər arasında cüzi fərqlər ola bilər. Lakin istənilən halda, bu rəqəmlər Rusiyanın on minlərlə insan və xeyli sayda hərbi texnika itkisi hesabına demək olar ki, irəliləyə bilmədiyini sübut edir.
Hər halda, ISW-nin rəqəmlərinə əsaslansaq belə, adi riyazi hesablama göstərir ki, bu “sürətlə” davam etsə, Rusiyaya bütünlükdə Ukraynanı işğal etmək üçün 208 il, yəni, iki əsrdən də artıq vaxt lazımdır.
Xatırladaq ki, ötən ilin fevralında Rusiya tərəfindən başladılan işğalçılıq müharibəsinin məqsədi məhz bütün Ukraynanı işğal etmək idi...
Azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya