Saat:18:44
Haqqımızda

Bir ailənin altı üzvü öldü - AĞIR QƏZA

2024-03-26 19:34:26

Bir ailənin altı üzvü öldü - AĞIR QƏZA

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində eyni ailənin altı üzvü həyatını itirib, bir sərnişin xəsarət alıb.

Hadisə Hatayın Dörtyol rayonunda qoşqulu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedici qruplar cəlb olunub.

Qəza ilə bağlı araşdırma başlayıb, qoşqulu yük avtomobilinin sürücüsü saxlanılıb. \\Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR