Binəqədi prokurorunun “sudan quru çıxmaq” cəhdi

2022-09-06 14:20:00

Binəqədi prokurorunun “sudan quru çıxmaq” cəhdi

Başqasının qanunsuz hərəkətlərini əsaslandırmaq Fuad Məmmədovu məsuliyyətdən azad edə bilərmi?

Rusiya Federasiyasının vətəndaşı Mamedov Vüqar Ağəli oğlunun rəsmi nümayəndəsi, etibarnamə əsasında onun hüquqlarını müdafiə edən Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

Hörmətli redaksiya!

Bakı şəhəri, Binəqədi rayon prokuroru Fuad Məmmədovun Baş Prokurorluğun göstərişlərinə məhəl qoymaması, onun Baş prokurorun göştərişlərini yerinə yetirməməsi, bir sözlə “aşağı orqanlar Baş prokuroru eşitmir” kimi, Rüsiyanın Azərbaycan dövləti qarşısında nota (No1600-n) verməsi barədə silsilə yazıları mətbuatınızda  mütəmadı işiqlandırırsınız. Qanunun doğru-düzgün və eyni cür tətbiqinə nəzarət edən bir orqanın - rayon prokurorun Baş prokurorun tapşırıqlarını yerinə yetirməməsi ilk öncə dövlətimiz və dövlətçiliyimiz üçün acınacaqlı haldır. Bu, cəmiyyətin məhvinə hesablanmış addımdır. Buna biganə qalmaq olmaz. Ona görə də bu məsələ tam həllini tapana kimi faktları, subutları və dəlilləri aidiyyəti qurumların diqqətinə çatdırmalıyıq. Bu məsələdə ən ağır yük mətbuat olaraq sizin üzərinizə düşür və axıra kimi köməklik göstərməyinizi xahiş edirəm.

İbtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroru Fuad Məmmədov, nəhayət, Baş Prokurorluğun göstərişlərinə əməl olunmamasının səbəblərini mənə, yəni ərizəçi, Rusiya vətəndaşı Məmmədov Vüqar Ağəli oğlunun nümayəndəsi Abdullayev Böyükağa Abdulla oğluna ünvanladığı 08.08.2022-ci il tarixli 881-Ş-22 saylı cavab məktubunda aşağıdakı kimi xarakterizə etmişdir.

Fuad Məmmədov bildirir ki, sizə məxsus “Chevrolet Aveo” markalı 99 AV 759 dövlət qeydiyyat nişanlı avtomobilinin Əkbərov Vüsal Cəmaləddin oğlu tərəfindən Bakı şəhəri, Xəzər rayonu ərazisində ələ keçrilməsi ilə bağlı müraciətinizə Binəqədi rayon Prokurorluğunda baxılmışdır.

Müraciət öyrənilərkən müəyyən edilmişdir ki, Sizə məxsus “Chevrolet Aveo” markalı 99 AV 759 dövlət qeydiyyat nişanlı avtomobilinizin Əkbərov Vüsal Cəmaləddin oğlu tərəfindən Bakı şəhəri, Xəzər rayon ərazisində ələ keçrilməsi ilə bağlı şikayətiniz əsasında toplanmış material üzrə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində və İstintaq Şöbəsində 03 noyabr 2021-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək olan müddət ərzində heç bir araşdırılma aparılmamış, müraciət müəllifi Vüqar Məmmədovun, şikayətçi olduğu Vüsal Əkbərovun, eləcə də digər şəxslərin izahatları alınmamış, Vüsal Əkbərovun hərəkətlərində cinayət qanununda nəzərdə tutulan hər-hansı cinayətin tərkib əlamətlərinin olub-olmadığı müəyyənləşdirilməmişdir, hadisənin cinayət kimi qeydə alınması, vahid uçota qoyulması, fakt üzrə və ya şəxsə görə cinayət işinin başlanması haqqında qərar qəbul edilməmiş, Azərbaycan Respublikasının Cinayət Prosesual qanunvericiliyinin tələblərinə riayət edilmədən və kobud şəkildə pozulmaqla materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmədən material Bakı şəhəri, Binəqədi  Rayon Polis İdarəsinə göndərilmişdir.

Bundan başqa, Binəqədi rayon Prokuroru Fuad Məmmədov onu da bildirir ki, AR.CPM-nin 49.1-ci maddəsinin tələbinə görə, bir neçə şəxsin cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər.

Lakin Rusiya vətəndaşının avtomobilinin ələ keçirilməsində cinayət hadisəsinin və ya cinayət tərkibinin olması ilə bağlı Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Vüsal Əkbərov barəsində cinayət işi başlanılmamışdır və həmin iş üzrə Vüsal Əkbərova ittiham irəli sürülməmişdir.

Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Vüsal Əkbərovun barəsində olan 220040106 saylı cinayət işi Binəqədi rayon məhkəməsinə göndərilmişdir və Xəzər rayon Polis İdarəsi  tərəfindən toplanmış və bizə göndərilmiş materialı yenidən araşdırmanın davam etdirilməsi üçün Xəzər rayon Polis İdarəsinə qaytarılmışdır.

Hörmətli redaksiya!

Binəqədi rayon prokuroru Fuad Məmmədovun Baş prokurorun göstərişlərinə əməl etməməsi, digərlərinin Xəzər rayon Polis İdarəsinin rəhbərliyinin qanunsuz hərəkətlərə (hərəkətsizliyi) yol verməsini həvəslə işiqlandırması, Binəqədi rayon Prokuroru Fuad Məmmədovun etdiyi  qanusuz hərəkətlərə bəraət verə bilərmi?

Başqasının qanunsuz hərəkətlərini əsaslandırmaq Binəqədi rayon prokurorunu məsuliyyətdən azad edə bilərmi?

Binəqədi rayon prokuroru Fuad Məmmədovun cavab məktubuna istinad edərək bildirirəm ki, siz 12 aprel 2021-ci ildə Xəzər rayon Polis İdarəsindən, Binəqədi rayon Prokurorluğuna daxil olan materialı 4 ay saxladıqdan sonra Xəzər rayon Polis İdarəsinə geriyə qaytarmısınız. Nəyə görə 4 aydan sonra? Nə idi maddi marağınız? İcraata birləşdirmək üçün Xəzər rayon Polis İdarəsindən daxil olan material sizdə olduğu  4 ay müddətində Vüsal Əkbərovun barəsində istintaq davam etdirilmişdir. Nəyə görə Vüsal Əkbərovun barəsində aparılan istintaq işi başa çatdıqdan və işi Binəqədi rayon Məhkəməsinə göndərdikdən sonra, materialı Xəzər rayon Polis İdarəsinə geriyə qaytarmısınız? Qanunvericiliyin hansı tələbini rəhbər tutmusunuz?

Baş Prokurorluğun göstərişlərinə əməl etməməyiniz barədə bu qurum qarşısında əsaslandırılmış etirazınızı qaldırmısınızmı?

Etirazınızı Baş Prokurorluğa göndərmisinizmi? Baş prokuror sizin bu kimi dəlillərinizlə razılaşmışdırmı? Razılaşdırılmışdırsa, yazılı göstərişlərini geriyə götürmüşdürmü? Və yaxud da bu işi sizinlə razılaşmayaraq, başqa prokurora həvalə etmişdirmi?..

Qanunvericiliyin tələblərinə istinad edərək bildirirəm ki, əgər Baş Prokurorluq Rusiya vətəndaşı Vüqar Ağəli oğlunun işi ilə bağlı verdiyi tapşırıqları geriyə götürməsə, başqasının qanunsuz hərəkətləri barədə məlumat vermək sizi heç vaxt məsuliyyətdən yayındıra bilməyəcəkdir.

Mən hesab edirəm ki, bir neçə cinayət  törətmiş Vüsal Əkbərovun barəsində toplanmış Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən icraata birləşdirmək məqsədilə Binəqədi rayon Prokurorluğuna  gondərilmiş materialı  icraata birləşdirməmək və  4 ay saxladıqdan sonra geriyə, Xəzər rayon Polis İdarəsinə qaytarmaq korrupsiya amilini təsdiq edən faktordur”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059357