Saat:20:26
Haqqımızda

Binəqədi İH niyə məhkəməyə verildi?

2024-11-20 11:57:01

Binəqədi İH niyə məhkəməyə verildi?

Binəqədi rayon İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verilib.

Hurriyyet.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı rayon sakini Babayev Şamil Vaqif oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizlikləri) ilə əlaqədar mübahisələrdir. İddiaçı Binəqədi İH-lə yaşayış sahəsi üzrə yaranmış mübahisə üzrə problem yaşayır.

Qadırılan işə 19 dekabr tarixində Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Bəhlul Cəlalovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. O, bu vəzifəni 2018-ci ildən icra edir.

Tərəfləri dinləməyə hazırıq.

Tribunainfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205495