"Bilməliyik ki, pandemiya hələ bitməyib" - Hande Harmançı

2022-06-20 14:29:00

“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Lakin bunu da yaxından izləmək lazımdır. Çünki keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır”.

Hurriyyet.az xəbər verir ki,bunu ÜST nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST hər zaman virusun növlərini, yeni ştammları nəzarətdə saxlayır:

“Nəzərə alsaq ki, bu gün də “Omikron” ştammının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etməliyik”.

H.Harmancı 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib.

“Bu gün əhalinin hələ ki buster doza vurdurmasını tövsiyə edirik. Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirus və qrip peyvəndi ilə birgə hər il vurulması mümkün ola bilər. Ancaq bu, hələ ki müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya