Bill Qeytsdən YENİ PROQNOZ
2022-05-09 19:39:00

Ukraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb olacaq.
Bu proqnozla “Microsoft”un yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.
Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin kəskin artmasına səbəb olan vəziyyət onsuzda dövlət borcu səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin mövcud olduğu pandemiya dövründə yaranıb.
“ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu, nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq”, – Bill Qeyts söyləyib. \\ Trend
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya