Bill Qeytsdən koronavirusla bağlı qorxunc proqnoz: Daha yoluxucu və ölümcül variantı gəlir

2022-05-02 23:39:00

Bill Qeytsdən koronavirusla bağlı qorxunc proqnoz: Daha yoluxucu və ölümcül variantı gəlir

Dünyanın ən zəngin iş adamlarından biri, koronavirus epidemiyası haqqında əvvəlcədən dedikləri doğru çıxan Bill Qeyts bu dəfə də COVİD-19 barədə qorxulu açıqlama verib.

Qeyts bu haqda İngiltərənin nüfuzlu qəzetlərindən biri olan Financial Times-a danışıb.

Bill Qeyts, indiyə qədər dünyada 6,2 milyondan çox insanın ölümünə səbəb olan koronavirus haqqında fikir bildirərkən epidemiyanın daha ölümcül hala gələ biləcəyini bildirib.

Epidemiyanın 2021-ci ilin dekabrında daha da pisləşəcəyini əvvəlcədən bilən və "Omikron" variantını da düzgün proqnozlaşdıran Qeyts indi də daha yoluxucu bir variantın ortaya çıxa biləcəyini qeyd edib: 

"Əvvəlkindən çox daha yoluxucu və ölümcül bir variant meydana gələ bilər. Bu, o deməkdir ki, dünya hələ pandemiyanın ən pisi ilə üzləşməyib”.

"Narahatlıq yaratmaq istəmirəm, lakin epidemiyanın daha yoluxucu və hətta daha ölümcül bir tac variantı yaratma ehtimalı xeyli yüksəkdir. Ona görə də ən pisini hələ görməmişik”, deyə Bill Qeyts əlavə edib.

"Növbəti pandemiyanın qarşısını necə almalı?” adlı kitabı nəşr etdirən Qeyts gələcəkdə qlobal sağlamlıq təhlükələrinə qarşısını almaq üçün epidemiologiya sahəsində mütəxəssislərdən ibarət bir komandanın formalaşdırılmasının lazım olduğunu bildirib. \\AZXEBER.COM


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya