Biləsuvarda yanğın olub, 79 yaşlı qadın ölüb
2022-12-20 19:36:00

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.
Hurriyyet.az xəbər verir ki, report-un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya