Biləsuvarda 15 yaşlı qız qaçırıldı

2022-06-13 13:54:00

Biləsuvarda 15 yaşlı qız qaçırıldı

Biləsuvar rayonunda yetkinlik yaşına çatmayan qız qaçırılıb.

Hurriyyet.az-ın məlumatına görə, hadisə iyunun 9-da rayonun Amankənd kəndində baş verib.

Belə ki, Cavid Babazadə Çingiz oğlu saat 08:20 radələrində VAZ 2107 markalı, 12 BH 695 dövlət qeydiyyat nişanlı avtomobili ilə yetkinlik yaşına çatmayan həmkəndlisi, 2007-ci il təvəllüdlü A. Ş-ni qaçırıb.

Hadisə ilə bağlı C. Babazadəyə cinayət işi açılıb və əməlinə görə o, 10 iyunda şübhəli şəxs qismində tutulub.

Lakin dünən Biləsuvar Rayon Məhkəməsi ittihamı rədd edib, C.Babazadə sərbəst buraxılıb.

Baş verənləri 15 yaşlı qızın atası Amin Allahverdiyev Bakupost.az -a təsdiqləyib.

O bildirib ki, hadisədən sonra C. Babazadə tutulsa da, məhkəmə ittihamı rədd edib və sərbəst buraxılıb. Hazırda ata məhkəmənin qərarından şikayətçidir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya