Saat:15:18
Haqqımızda

"Bilən də, bilməyən də hay-küy salır…" - Ekspert

2024-03-27 00:17:25

"Elə danışırsız ki, elə bil hamınız hər gün səhərdən axşamacan 28 Maya - Dəmiryolu vağzalına gedib orada maşın park edirsiniz. Bilən də, bilməyən də hay-küy salır…"

Hurriyyet.Az Ucnoqta.Az-a istinadla xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tariflərin yüksək olmasına etiraz edənlərə cavabında deyib.

"Əziz dostlar, müasir şəhərsalma prinsiplərində, xüsusən də hava limanları, dəmiryolu vağzalları ərazisində parklanma qiymətləri baha olur. Səbəb odur ki, həmin parkinqlər daim dolu olmasın və hava limanı və vağzallardan istifadə edənlər rahat olmalıdır. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa ödəniş etməyəcək. Amma qiymət ucuz olanda bütün maşınlar ora dolacaq. Onda da sərnişinlər narazılıq edəcək ki, qatarla adam yola salanda əraziyə girmək olmur, adam qarşılayanda yer tapılmır və sair. Bəs indi nə edək? Yük boşaldıb yük aparan, şəxsi maşından istifadə etməyən insanlar önəmlidir, yoxsa sutkalıq parkinq davası edənlər?
Belə də ki, həmin ərazidən kənarda adi parkinqlər də var normal qiymətə. Azdırsa çoxaltmaq lazımdır. Əsas odur ki, var…"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR