BİLƏCƏRİDƏ KOMMUNAL XİDMƏTLƏRƏ GÖRƏ ÖDƏNİŞLƏR NƏĞD ALINIR - "Deyəndə ki, ödənişi terminal vasitəsilə etmək istəyirəm, deyirlər, olmaz"
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, bina 11d, mənzil 28-də yaşayan Əsgərova Mahizər Yunus qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi komunal xərclərin nəğd ödənişindən narazıdır:
“Mən, Əsgərova Mahizər Yunus qızı, yazaraq sizə bildirirəm ki, yaşadığım ərazidə kommunal xərclərə görə ödənişləri terminal vasitəsilə ödəməyə icazə vermirlər. Belə ki, pulu bizdən nəğd alırlar. Ödəniş etdikdə isə çek verilmir.
Kommunal xidmət idarələrinin əməkdşalarına deyəndə ki, ödənişi terminal vasitəsilə etmək istəyirəm, deyirlər, yox, olmaz. Mən bilmirəm, bu problemi kimə deyim. İndi hansı zəmanədir ki, kommunal ödənişləri nəğd şəkildə yığırlar?!
Ona görə, istədim ki, problemimi ictimailəşdirəsiniz. Bilirəm ki, məmnim kimi bu problemdən əziyyət çəkən çox sayda sakin var”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.