Saat:06:56
Haqqımızda

"Bild": "Şolts Bayden haqqında həqiqəti gizlədir"

2024-07-02 15:33:56

Bu günlərdə eks-prezident Donald Trampla teledebat zamanı vəziyyətinin yaxşı olmadığı aşkar görünən ABŞ Prezidenti Cozef Baydenin ikinci müddətə seçilməsinin mümkünlüyü ABŞ-da müzakirələrə səbəb olub.
Bununla əlaqədar "Bild" nəşrinin şərhçisi Hans-Yorq Felevald Almaniyanın Baş naziri Olaf Şoltsun bu yaxınlarda verdiyi müsahibəni xatırladıb. ABŞ Prezidentinin vəziyyəti barəsində sualın cavabında Şolts deyib: "Cozef Bayden çox aydın adamdır. Nə etdiyini dəqiq bilir. Beynəlxalq siyasətə gəlincə, planetdə ən təcrübəli siyasətçilərdən biridir". Şolts 81 yaşlı demokratın seçkilərdə qalib gələcəyinə inandığını söyləyib.
Felevald yazır: "Baydenlə bu yaxınlarda keçirdiyi görüşlər zamanı Şolts dünyanın ən güclü adamının fiziki (və psixoloji?) sağlamlığının nə qədər ağır vəziyyətdə olduğunu görməyə bilməzdi... Lakin kansler Şolts bilir: o, Co Bayden barəsində artan şübhələrdən ictimaiyyət içərisində açıq danışa bilməz. NATO, Avropa İttifaqı, Yaxın Şərqdəki münaqişə, Çinlə mübahisə, Ukraynadakı müharibə üçün çox şey Baydenin davam gətirə bilməsindən, Trampın qarşısını ala bilməsindən asılıdır. Buna görə də, Şolts (Baydenlə bağlı) mənfi sorğular barəsində heç nə bilmək istəmir".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.250618