Saat:04:56
Haqqımızda

“Big Pharma” və ABŞ hökumətinin gizli sui-qəsdi amerikalıları öldürür

2021-07-28 13:58:00

“Big Pharma” və ABŞ hökumətinin gizli sui-qəsdi amerikalıları öldürür

Aparıcı ABŞ mediası ABŞ-da "COVID-19 pandemiyası" ilə mübarizənin konstitusiya da daxil olmaqla, ölkənin qanunlarına tam uyğun şəkildə aparıldığı qənaətini yaradır. İddialara görə, ABŞ əhalisinin peyvəndlənməsi qanun çərçivəsində təşkil edilir və ABŞ bu baxımdan digər ölkələrə nümunə ola bilər.

ABŞ-da peyvəndlərin qanuniliyi ilə bağlı illüziyaları yox edən vicdanlı və cəsarətli vəkillər var. Amerikalı vəkil Aaron Sirinin məqalələri buna missal gətirilə bilər. O, baş ofisi Nyu Yorkda yerləşən məlumatlı razılıq fəaliyyət şəbəkəsini-İCAN- təmsil edən hüquq firması “Siri & Glimstad LLP”-nin idarəedici ortağıdır. “İCAN”- məcburi peyvəndlənməyə qarşı çıxan ictimai aktivist qrupdur.

Aaron Sirinin maraqlı məqaləsindən sitat: Federal qanun işəgötürənlərin və digərlərinin EUA çərçivəsində Covid-19 vaksini ilə peyvəndlənməsini qadağan edir. Məqalənin başındakı "EUA" abbreviaturası fövqəladə hallarda təcili istifadə icazəsi-bir sıra Amerika qanunlarında mövcud olan  termin-mənasını verir.

Həm ABŞ, həm də xarici KİV-lərdə (ruslar da daxil olmaqla) informasiya gəzir ki, yeni il qabağı ABŞ hökuməti ölkədə iki peyvənd - Moderna və Pfizer / BioNTech peyvəndinin istifadəsinə icazə verib. (Amerika və Alman şirkətlərinin ortaq məhsulu). Yeni ildən sonrakı istifadəsunjə icazə verilmiş 3-cü peyvənd Amerikanın Johnson & Johnson əczaçılıq korporasiyasının məhsuludur.

Ancaq şeytan, necə deyərlər, detallarda gizlənir. Bu səbəbdən amerikalı vəkil Aaron Siri məqaləsində terminologiyanın incəliklərini izah edir. Peyvənd istifadəsinə icazə ABŞ Qida və Dərman İdarəsi (FDA) Agentliyi tərəfindən verilir. Qurum 1906-cı ildə yaradılmışdır. ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin tərkibinə daxildir.

Təşkilatın adından da göründüyü kimi, ABŞ bazarında dövriyyədə olan qida və əczaçılıq məhsullarının keyfiyyətinə nəzarət məsuliyyət daşıyır. Şirkətlərin bu bazarda yeni məhsul satmasına icazə verir. Lazım gələrsə, bu cür icazələri ləğv edə, bəzi məhsulları qadağan edə bilər. Ancaq məlum olur ki, peyvəndlər də daxil olmaqla dərmanlarla əlaqəli "icazə" sözünün fərqli mənaları ola bilir.

Peyvəndin satışı, istifadəsi üçün ən tam və son təsdiq, istehsal şirkətinə lisenziya verilməsi ilə müşayiət olunur. Ancaq nə qədər qəribə də olsa, əczaçılıq şirkətləri Moderna, Pfizer və Johnson & Johnson yuxarıda göstərilən peyvəndlər üçün FDA-dan lisenziya almamışlar. Bu şirkətlərin peyvəndləri yalnız “fövqəladə situasiyalarda istifadə” icazəsi (EUA) almışlar.

Ardı var…

“Russtrat.ru”

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR