Biabırçı festivalla bağlı mətbuat konfransı keçiriləcək

2022-08-02 19:49:00

Biabırçı festivalla bağlı mətbuat konfransı keçiriləcək

II Milli Yaylaq Festivalının təşkilatçıları mətbuat konfransı keçirəcək. 

Bununla bağlı festivalın təşkilatçısı olan "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov məlumat yayıb. O qeyd edib ki, bütün media nümayəndələri mətbuat konfransına dəvətlidir.

Bildirilib ki, 3 avqust saat 18:30-da Gəncədə “Kitab Oxu” Evində II “Milli Yaylaq Festivalı”nın yekununa dair mətbuat konfransı keçiriləcək. Konfransda media nümayəndələrinin sualları cavablandırılacaq.

Xatırladaq ki, II Milli Yaylaq Festivalı zəif təşkilatçılıq və jurnalistlərə hörmətsizlik edilməsi haqqında iddialarla gündəmə gəlmişdi. Media nümayəndələri təşkilatçılar - Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakmiyyəti və digər qurumları sərt tənqid ediblər.\\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057993