Saat:15:12
Haqqımızda

“Bəzi ölkələr BMT-nin iqlim hesabatını dəyişdirməyə çalışıblar”

2021-10-21 15:03:00

“Bəzi ölkələr BMT-nin iqlim hesabatını dəyişdirməyə çalışıblar”

Hurriyyet.az BBC kanalının türk redaksiyasına xəbər verir ki,  bəzi ölkələrin BMT-nin iqlim hesabatını dəyişdirmək üçün lobbiçiliklə məşğul olduğu iddia edilir.

Castin Roulatt ilə Tom Qerkenin birgə araşdırmasında deyilir:

“BBC tərəfindən aşkar edilən və sızdırılan sənədlər ölkələrin iqlim dəyişikliyi ilə necə mübarizə aparılacağına dair mühüm elmi hesabatı dəyişdirməyə çalışdığını meydana çıxarıb.

Sənədlər Səudiyyə Ərəbistanı, Yaponiya və Avstraliyanın da aralarında olduğu ölkələrin BMT-dən mədən yanacağı istifadə edilməsindən sürətlə uzaqlaşmağı qeyri-mühüm göstərməsini istədiklərini ortaya qoyur.

Sənədlər həm də bəzi zəngin ölkələrin yaşıl texnologiyalara keçmələri üçün yoxsul ölkələrə daha çox vəsait ayırmaq istəmədiklərini də göstərir.

Bu, “lobbi fəaliyyəti” noyabr ayında keçiriləcək COP26 İqlim sammiti mövzusunda da sual işarələri doğurub.

Sənədlər ölkələrin iqlim dəyişikliyini yavaşlatmaq və qlobal isinməni 1,5 dərəcədə saxlamaq üçün mühüm öhdəliklər götürməyin tələb ediləcəi sammitdən bir neçə gün əvvəl BMT-nin tədbir görmək tövsiyələrinə şübhə ilə yaxınlaşdıqlarını göstərir”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR