"Bəzi məmurlar, səlahiyyətli şəxslər SSRİ-nin təcrübəsini diriltmək istəyirlər" - NATİQ CƏFƏRLİ

2023-04-05 11:15:00

"Nə vaxtda qədər ki, biz sovet mərəzindən, zehniyyətindən qurtulmayacağıq, məmləkət insanı inkişaf, rifah görməyəcək"

"1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi isə çıxıb açıqlama verir ki, uşaq xəstə deyil, anlaqlıdır, həmən səhiyyə naziri Teymur Musayev baş həkim Ağahəsən Rəsulovu işdən çıxardır"

"SSRİ kommunist rejimində düz danışanlar, dissidentlər olub, onları həbs etməklə, güllələməklə yanaşı "dəlixanaya" da salırdılar. Yəni, istəsələr hamısını zindana salardılar, amma bilərəkdən bəzi dissidentləri ruhi xəstə elan edib uzun müddət xüsusi xəstəxanalara yerləşdirirdilər. Məqsədləri mesaj vermək idi: Onların dedikləri həqiqət deyil, xəstə insanın sərsəmləməsidir, Lenin, Stalinin qurduğu ölkədə onlar deyən problemlər ola bilməz". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, SSRİ görbagor olandan sonra belə praktika bəzi post-sovet ölkələrində, əsasən də Orta Asiya respublikalarında davam edirdi: "Bizdə isə Naxçıvanda, Vasif Talıbovun göstərişi ilə bənzər hadisələr olurdu. İndi bizdə SSRİ-nin beyin və xislət "varisləri" olan bəzi məmurlar, səlahiyyətli şəxslər yenidən bu təcrübəni diriltmək istəyirlər. Uşaq evində olan problemlərdən danışan yeniyetməni Respublika Psixiatriya Xəstəxanasına salmaqla dediklərinin yalan, "dəli" birisinin sərsəmləməsi olduğunu göstərmək istəyirdilər. Əsl Stalin nəvələridir bunlar. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi isə çıxıb açıqlama verir ki, uşaq xəstə deyil, anlaqlıdır, həmən səhiyyə naziri Teymur Musayev baş həkim Ağahəsən Rəsulovu işdən çıxardır. Ölkəni hara sürüklədiklərini anlamırlar bunlar?! SSRİ-nin aqibətindən dərs çıxartmayıblar?! Nə vaxtda qədər ki, biz sovet mərəzindən, zehniyyətindən qurtulmayacağıq, məmləkət insanı inkişaf, rifah görməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000755