Beyrut qan gölünə döndü – ordu küçələrə endi

2021-10-14 17:16:00

Beyrut qan gölünə döndü – ordu küçələrə endi

Hürriyyet.az  “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Livan ordusu dinc əhalidən atışmalar baş verən küçələrə çıxmamasını tələb edib, küçələrdə qarşıya çıxacaq silahlı adamlara atəş acılacağını bəyan edib.

Beyrutun Ədalət Sarayına doğru gedən etirazçıların Et-Tayyuna-Badaro rayonuna daxil olduğu zaman onlara atəş açıldığı xəbər verilir. Ordu qüvvələri rayonu nəzarətdə saxlamaq üçün dərhal hadisə yerinə gələrək atəş açanları yaxalamaq üçün əməliyyata başlayıb.

Baş nazir Nəcib Mikati yazılı açıqlamasında Beyrut sakinlərini əmin-amanlığa çağırıb: “Səbəb nə olursa-olsun, sizi fitnələrə uymamağa çağırıram”.

Bu gün səhər şiə partiyalarının tərəfdarları Tayyunada toplaşaraq, 2020-ci ildə limanda baş vermiş partlayış işini aparan baş hakimin kənarlaşdırılmasını tələb ediblər.

Nümayişçilər toplaşandan bir müddət sonra naməlum şəxslər onlara atəş açıblar. Livan DİN-in məlumatına görə, atəş nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Hazırda rayonda hərbçilər partulluq edirlər.

Hürr Tərcüman