Saat:01:13
Haqqımızda

Beynəlxalq tədbirdən müraciət: Ermənistan öz destruktiv mövqeyindən əl çəkməlidir

2024-10-02 11:02:46

Beynəlxalq tədbirdən müraciət: Ermənistan öz destruktiv mövqeyindən əl çəkməlidir

Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini yerinə yetirməlidir. Bu barədə Azərbaycan prezidenti Əliyevin “İtkin düşmüş şəxslərin probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

“Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara qarşı törədilən vəhşiliyi qətiyyətlə pisləməli, günahkarları cəzalandırmalıdır. Bu, həm də ölkələr arasında etimadın yaradılması üçün effektiv tədbirlərdən birinə çevrilə bilər”, - deyə müraciətdə vurğulanır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195858