Saat:15:41
Haqqımızda

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

2025-02-08 15:11:53

Beynəlxalq şirkətin Bakı ofisinin direktoru evində ölü tapıldı

Fevralın 7-si saat 14.00 radələrində paytaxtın Səbail rayonunda fərdi yaşayış evində meyit tapılıb.

Hurriyyet.az teleqraf-a istinadla xəbər verir ki, vəfat edən şəxsin 1977-ci il təvəllüdlü Vadim Qriqorov olması müəyyənləşdirilib.

Mərhumun ölüm səbəbini öyrənmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub.

V.Qriqorov 1999-cü ildə Qərb Universitetinin (hazırda Qərbi Kaspi) politologiya ixtisasını bitirib. O, nəqliyyat sahəsində çalışan beynəlxalq "Larson Logistics" şirkətinin Xəzər regionu üzrə direktoru idi.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159454