Saat:11:01
Haqqımızda

"Beynəlxalq münasibətlər ən azı 50 ildir sıfır toplamlı oyun olmaqdan çıxıb" - NAZİM CƏFƏRSOY

2021-09-22 13:42:00

"Azərbaycan və Türkiyənin bu konteksdə böyük imkan və fürsətləri var, odur ki, indi bunu doğru istifadə etmək qalır"

"Qarabağ müharibəsi və sonrasına dair Rusiyadakı böyük bir qrup düşünür ki, bu geosiyasi mənzərənin məğlubu Rusiyadır. Azərbaycandakı bir qrup düşünür ki, bu geosiyasi mənzərənin məğlubu Azərbaycandır. Türkiyədəki bir qrup düşünür ki, bu geosiyasi mənzərənin məğlubu Türkiyədir. Ermənistandakı bir qrup isə düşünür ki, bu geosiyasi mənzərənin məğlubu Ermənistandır". Hurriyyet.az -ın məlumatına görə, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

QAFSAM-ın sədr müavini hesab edir ki, bu yanaşmaların sahibləri beynəlxalq münasibətləri sıfır toplamlı oyun - zero-sum game olaraq görənlərdir: "Halbuki beynəlxalq münasibətlər ən azı 50 ildir sıfır toplamlı oyun olmaqdan çıxıb. Hazırda formalaşan strateji mənzərə bu münasibətlər sisteminin real siyasətlə harmanlamış şəklidir. Proses davam edərsə, bunun regionda qazan-qazan (win-win) oyunu olması daha aydın görünəcəkdir. O oyunda isə oz imkanlarını daha ağıllı istifadə edən və doğru strategiya quran daha çox qazanacaq!"

Nazim Cəfərsoyun fikrincə, Azərbaycan və Türkiyənin bu konteksdə böyük imkan və fürsətləri var: "Odur ki, indi bunu doğru istifadə etmək qalır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR