Beynəlxalq Əfv Təşkilatı: "Dünya İranda etirazların amansızca yatırılmasına dərhal reaksiya verməlidir"

2022-09-22 14:37:00

Beynəlxalq Əfv Təşkilatı:

Beynəlxalq Əfv Təşkilatı İranda Məhsa Əminin öldürülməsindən sonra etirazların qəddarcasına yatırılmasına münasibət bildirib. Qurum hesab edir ki, təcili beynəlxalq səviyyədə tədbir görülməlidir.
"Ölkələrini BMT Baş Assambleyasında təmsil edən liderlər müstəqil istintaq və beynəlxalq hesabatlılıq mexanizminin yaradılmasını dəstəkləməlidirlər ki, İran öz hərəkətlərinin cəza və nəticələrindən xilas ola bilməsin"- təşkilatın bəyanatında deyilir.
Bəyanatda Məhsa Əmininin ölümü ilə bağlı İran xalqının qəzəb və həmrəyliyinin beynəlxalq birlik tərəfindən dəstəklənməli olduğu vurğulanır.
Beynəlxalq Əfv Təşkilatının rəsmisi Diana Əl-Təhavi İranda son etirazların qəddarcasına yatırılmasının İbrahim Rəisinin BMT-də çıxışı zamanı həyata keçirildiyini deyib.
Əl-Tahavi əlavə edib ki, Rəisinin insanlığa qarşı cinayətlərdə əli olduğuna dair etibarlı sübutlara baxmayaraq, ona beynəlxalq səhnədə tribuna verilib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000097