Saat:06:04
Haqqımızda

Beynəlxalq Böhran Qrupu xəbərdarlıq edib: Nüvə danışıqlarının dalana dirənməsi hərbi addımlarla nəticələnə bilər

2022-01-18 15:51:00

Beynəlxalq Böhran Qrupu xəbərdarlıq edib: Nüvə danışıqlarının dalana dirənməsi hərbi addımlarla nəticələnə bilər

Qeyri-hökumət təşkilatı olan Beynəlxalq Böhran Qrupu xəbərdarlıq edərək bildirib ki, İran və dünya gücləri atom müzakirələrində anlamlı bir irəliləyiş əldə edə bilməsələr, nüvə anlaşması tezliklə çıxılmaz nöqtəyə çatacaq. Məlumatda habelə bildirilib ki, Amerika və onun müttəfiqləri bir neçə həftə ərzində "məcburi diplomatiya"ya, hətta "hərbi addımlara" əl ata bilərlər. Eyni zamanda İranın da bölgəsəl və nüvə proqramı ilə bağlı gərginliyə doğru irəliləyə biləcəyi vurğulanıb.

Yanvarın 17-də yayılan məlumatda bu da qeyd olunub ki, İranın atom proqramı günü-gündən daha da sürətlənir və inkişaf edir.

Beynəlxalq Böhran Qrupu onu da qeyd edib ki, İranın mühafizəkar rəhbərləri nüvə anlaşmasının dəyərlərinə şübhə ilə yanaşır və inanırlar ki, ölkə iqtisadiyyatı Amerikanın qoyduğu sanksiyaları və koronavirus epidemiyasının şokunu keçirib, lakin bu, arxada qalıb.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR