"Beynəlxalq birlik razılığa gəlsə..." - Akopyandan Qarabağ və Ermənistanla bağlı HƏYƏCAN TƏBİLİ

2022-11-21 13:14:00

"Biz Artsaxı və bütün Ermənistanı itirəcəyik".

Hurriyyet.az xəbər verir ki, bunu qondarma Artsax "Ardarutyun" Partiyasının həmsədri vəzifəsini icra edən Akop Akopyan Facebook səhifəsində yazıb.

O, beynəlxalq birliyə güvənmədiyini deyib:

“Beynəlxalq birlik” struktur olaraq mövcud deyil. Beynəlxalq birlik maraqlarla, bir-birinə düşmənçiliklə doludur və hər hansı bir məsələdə, məsələn, Azərbaycanın ərazi bütövlüyü deyilən məsələdə razılığa gəlirsə, bu, Azərbaycan diplomatiyasının nəticəsi olacaq.  Vaxt var idi ki, həmin “beynəlxalq ictimaiyyət” “Artsax məsələsinin müstəsna olaraq Minsk qrupunun təklifləri çərçivəsində həlli” və ya “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur” barədə razılığa gəlmişdi. 

Biz aydın şəkildə dərk etməliyik ki, Artsax məsələsi təkcə Artsax vətəndaşlarının həyatı və təhlükəsizliyi, Ermənistanın gələcəyi məsələsi deyil, həm də bütün ermənilərin ləyaqəti məsələsidir. Biz Artsaxı itirəcəyik, bütün Ermənistanı itirəcəyik və “beynəlxalq ictimaiyyətdən” ancaq mərhəmət və acıma duyğusu görəcəyik".

Qeyd edək ki, A.Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı radikal mövqeyi ilə seçilməkdədir. Partiya sədri baş nazirin qondarma rejimlə bağlı qərar vermək səlahiyyətində olmadığını iddia edir. 

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111120