Saat:04:31
Haqqımızda

“Beynəlxalq Bank”da 212, “Yapı Kredi”də 62 milyon azalma: Nə baş verir?

2023-08-03 10:20:00

“Beynəlxalq Bank”da 212, “Yapı Kredi”də 62 milyon azalma: Nə baş verir?

Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin ikincü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 

“Yeni Sabah”ın araşdırmasına görə, ilin birinci rübü ilə müqayisədə ikinci rübdə 24 bankdan 13-nün depozit portfeli artıb, 11 bankın portfeli isə əriyib. 

Maraqlıdır ki, ən böyük azalma “PAŞA Bank”da müşahidə edilib. Bankın portfeli 5,3% azalaraq 7,1 mlrd. manatdan 6,7 mlrd. manata enib.

Azərbaycanın əsas dövlət bankı olan Azərbaycan Beynəlxalq Bank isə ikinci rübdə 212,1 mln. manat depozitini itirib. Bankın portfeli 2,4% azalaraq 8,5 mlrd. manata düşüb. İlk üçlüyü 17,1% azalma ilə  

“Yapı Kredi Bank Azərbaycan” tamamlayıb. Bankın depozit portfeli üç ayda 62,5 mln. manat azalaraq 303,2 mln. manata enib. 

“Muğanbank”ın depozit portfelində 34,2 mln. manat, “Bank VTB Azərbaycan”ın 20,4 mln., “Azər-Türk Bank”ın 12 mln., Bank Melli İran Bakı filialında isə 11 mln. azalma müşahidə edilib.  

“AFB Bank”, “Bank BTB”, “Naxçıvanbank” və “Bank Avrasiya” isə azalma 100-500 min manat arasında olub. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182082