Saat:19:17
Haqqımızda

"Beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizə getdikcə sərtləşir" - ELXAN ŞAHİNOĞLU

2024-03-27 14:13:40

"ABŞ-ın hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir"

"Amerika Birləşmiş Ştatları bir sıra ölkə kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə ABŞ prezdenti Cozef Bayden Intel-i ölkə boyu kompyuter çipi zavodları üçün 8.5 milyard dollar birbaşa maliyyə və 11 milyard dollar kreditlə təmin edən razılığı alışlayıb. Ağ Ev sahibi bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, ABŞ-ın hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir: "ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çinin əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır. Bu arada, Bayden administrasiyası telekommunikasiya nəhəngi olan “Huawei Technologies Co” şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkəti qara siyahıya salmağı düşünür. Vaşinqton bununla Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir. “Bloomberg” agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacaq şirkətlər arasında “Qingdao Si'En”, “SwaySure”, “Shenzhen Pensun Technology Co” var".

Elxan Şahinoğlu əlavə edib ki, Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır: "Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətlər “Huawei”in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər. ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. “Huawei” bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir. Beləliklə, beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizə getdikcə sərtləşir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR