Saat:05:25
Haqqımızda

Beyləqanda qəza nəticəsində dəmir yolu xəttində qatarların hərəkəti dayandırıldı - FOTO

2024-01-30 10:34:07

Beyləqanda qəza nəticəsində dəmir yolu xəttində qatarların hərəkəti dayandırıldı - FOTO

Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, üç nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

 

09:42

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfərin öldüyü məlum olub.

Oxu.Az xəbər verir ki, bu gün rayonun İmamverdilər kəndi ərazisində “KamAZ” markalı yük avtomobil ilə VAZ-2105 markalı minik avtomobili toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü ilə minik avtomobilinin sürücüsü, həmçinin minik avtomobilinin sərnişini hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

09:16

Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti “KamAZ” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209428