Saat:11:23
Haqqımızda

Bəxtiyar Tuncay: “Yeni dünya düzəni tamam fərqli olacaq... Azərbaycan Ermənistanı 1918-1920-ci il xəritələri əsasında sülhə məcbur edəcək”

2022-10-04 10:11:00

Bəxtiyar Tuncay: “Yeni dünya düzəni tamam fərqli olacaq... Azərbaycan Ermənistanı 1918-1920-ci il xəritələri əsasında sülhə məcbur edəcək”

Hurriyyet.az xəbər verir ki, araşdırmaçı alim, publisist Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsindəki paylaşmasında Cek Sallivanla Andrey Yermakın İbrahim Kalınla  görüşündən sonra Rusiya-Ukrayna savaşının məcrasının, eləcə də Azərbaycan-Ermənistan və dünyadakı digər qarşıdurmaların  hansı istiqamətdə davam edəcəyi müəyyənləşdiriləcəyini yazıb:

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Salivan ilə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermakın təcili şəkildə Türkiyəyə gəldiyi və burada Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ilə üçlü görüş keçirdikləri məlumdur. Görüşün əsil hədəfləri açıqlanmasa da, tərəflərin müxtəlif məsələləri müzakirə etdikləri söylənilir. Əsil hədəfi anlamaq isə bir o qədər də çətin deyil.

Ukrayna öz torpaqlarını azad etmək üçün bütün cəbhələrdə sürətlə irəliləyir və görünən budur ki, Rusiya işğal və özünün elan etdiyi torpaqları əlində saxlaya bilmək gücündə deyil və Ukrayna ordusunun irəliləyişini saxlaya bilmək üçün taktiki nüvə silahına baş vurmaqdan başqa çarəsi qalmaya bilər.

Türkiyə bunu önləmək üçün Rusiya və Ukrayna arasında təcili atəşkəsə nail olmaq istiqamətində səylərini artırmışdır. ABŞ isə əksinə, savaşın davam etməsində, hətta Rusiyanın, dağıdıcılıq və radiasiya gücü məhdud olan taktiki nüvə silahından istifadə etməsində və beləcə, ABŞ-ın növbəti toruna düşməsində maraqlıdır.

ABŞ nəyə nail olmağa çalışır?

Məqsəd Rusiyanı bütün beynəlxalq təşkilatlardan, o cümlədən BMT TŞ-dan uzaqlaşdırmaq və beləcə, onun dünyadakı proseslərə təsirini sıfra endirməkdir. Əlbəttə, Rusiyanı BMT TŞ-dan uzaqlaşdırmaq mexanizmi yoxdur. Bu halda söhbət əski düzənin əsas siyasi təsir mexanizmi kimi yaradılan, fəqət bütün təsir gücünü itirən və təsirsiz bir quruma çevrilən BMT-ni ləğv etmək və yerinə yeni düzənin başında duracaq, çoxqütblü dünyanın simvoluna çevriləcək yeni bir beynəlxalq siyasi qurumun yaradılmasından, Rusiyanın orada yer almamasını təmin etmək, bu qurumun qərarı ilə Rusiyanı tam bir təcrid vəziyyətinə salmaqdan gedir.

Bu görüşdən sonra Rusiya-Ukrayna savaşının məcrasının, eləcə də Azərbaycan-Ermənistan və dünyadakı digər qarşıdurmaların  hansı istiqamətdə davam edəcəyi müəyyənləşdiriləcəkdir.

Azərbaycanın Ermənistanı 1918-1920-ci il xəritələri əsasında sülhə məcbur edəcəyi, Zəngəzurun, Göyçə mahalının və bəzi başqa ərazilərin yenidən Azərbaycanın tərkibinə keçəcəyi, İrəvanın ermənlərə müəyyən şərtlərlə 100 illiyə icarəyə verildiyi və icarə vaxtının tamam olduğu məsələsinin masaya yatırılacağı heç bir şübhə oyatmır.

Yeni dünya düzənində dövlətlərin sərhədləri indikindən tam fərqli olacaq. Hətta Rusiyanın əraziləri siyasi masada bölüşdürülmə obyektinə çevrilə bilər. Bu ərazilərin müəyyən hissələrinə iddia edən dövlətlərin sayı həddən çoxdur: Ukrayna (Kuban), Estoniya, Almaniya (Könisberq), Finlandiya (Kareliya, nenetslərin yaşadıqları bütün ərazilər), Gürcüstan (Soçi), İsveç (Sankt-Peterburq və ətrafı), Yaponiya (Kuril adaları və Saxalin yarımadasının cənubu), Çin (Qərbi Sibir), Qazaxıstan (Şərqi və Orta Sibirin cənub bölgələri), Azərbaycan (Dərbənd) və s.

İraq, Suriya, Səudiyyə Ərəbistanı, İran və s. ölkələrin ərazilərinin də qonşuları tərəfindən paylaşılacağını düşünürəm.

Bir sözlə, yeni dünya düzəni tamam fərqli olacaq. Və Türkiyədəki sözügedən görüşü bu düzənin qurulmasının önəmli mərhələrindən biri kimi gözdən keçirmək mümkündür”.

Təqdim etdi: Hürr Tərcüman

Prezident sərəncam imzaladı - Müddət uzadıldı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR