Bəxtiyar Paşa AzTV-nin efirində - İlk dəfə

2022-12-07 09:00:00

Bəxtiyar Paşa AzTV-nin efirində - İlk dəfə

AZTV-də yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə həsr olunub.

Efirə dəvət olunan qonaqlar arasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay da yer alıb. Bu, Bəxtiyar Paşanın Azərbaycan teleməkanında ilk çıxışı olub.

Bundan başqa, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov da keçirilən təlimlərdən danışmaq üçün studiyada qonaq qismində çıxış edib.

Yüksək rütbəli zabitlər iki qardaş ölkənin ordusunun birgə təlimlərinin miqyasından, xarakterindən, eləcə də verdiyi ismarışlardan söz açıblar.

Sözügedən verilişin videosunu təqdim edirik:

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144220