Saat:14:28
Haqqımızda

Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

2021-10-18 19:55:00

Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlama verib.

O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib:

“Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Qeyd edək ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR