Bəxtiyar Hacıyevin həbsxanadan yeni məktubu yayıldı

2023-01-21 11:51:00

Bəxtiyar Hacıyevin həbsxanadan yeni məktubu yayıldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni məktubu yayılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat verib:

“Bəxtiyar bəzi cümlələr göndərib mənə…

Əksəriyyəti özəldir deyə paylaşa bilmirəm.

3 gündür ki, həmin sözlərin, cümlələrin təsiri altındayam.

Bəzi dostlar bilir, həddindən artıq ağır fikirlərdir.

Çox sarsıdıcıdır:

“…40 illik həyatımın yarısını boş yerə fəda eləmişəm…

…Belədirsə, quru aclığa keçib, birdəfəlik son qoyaram hər şeyə…

…Özünə yaxşı bax…”- deyə yazır".

Qeyd edək ki, "İctimai Siyasət İnstitutu"nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.225075