Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
2023-01-21 20:26:00

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb.
Hurriyyet.az xəbər verir ki, bu haqda onun vəkili Aqil Layıc feysbukda yazıb:
“Bəxtiyar Hacıyevin həbs müddəti bir ay uzadıldı. Yəni, 28 fevral 2023-cü il tarixinədək…”
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.\\Bakupost.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya