Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

2023-01-09 16:26:00

Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

İctimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ““Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.

Dekabrın 29-da isə ictimai fəalın vəkili Aqil Layıc Bəxtiyar Hacıyevin ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırdığını açıqlayıb.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144043