Bəxtiyar Hacıyev Vilayət Eyvazovla görüşündən yazdı - YENİLƏNİB

2022-04-23 20:29:00

Bəxtiyar Hacıyev Vilayət Eyvazovla görüşündən yazdı - YENİLƏNİB

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovla görüşüb.

B.Hacıyev görüş barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.

Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”, – o qeyd edib.

B.Hacıyev cinayətkarlar tapılmayana, cəzalanmayana qədər başına gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirib. \\Konkret

***

17:36

İctimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb.

O bildirib ki, evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər ona hücum edib:

“Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.

Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar”.

B.Hacıyev həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini vurğulayıb.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”. \\Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya