Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT

2023-01-05 12:37:00

Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT

Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılı ilə ictimai fəal Bəxtiyar Hacıyevin məhkəmə çəkişməsi davam edir.

Hurriyyet.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda həbsdə olan Bəxtiyar Hacıyev Ramin Hacılı ilə bağlı yenidən məhkəməyə müraciət edib.

O, aşağı instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

Qeyd: Daha əvvəl Bəxtiyar Hacıyev Ramin Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı iddia qaldırıb. O, Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddialarin yalan və böhtan xarakterli olduğunu bildirib.

Buna görə də xüsusi ittiham qaydasında şikayət edərək Ramin Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

Ramin Hacılı Baş Prokurorluq tərəfindən dələduzluq və saxta sənədlər düzəltmək ittihamı ilə saxlanılaraq həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

Ötən ilin dekabrında Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.221893