Bəxtiyar Hacıyev "Bandotdel"də: kameralara baxış oldu - "donubmuş"...

2022-04-28 14:00:00

Bəxtiyar Hacıyev

Siyasi fəal, bloger Bəxtiyar hacıyev bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Hurriyyet.az xəbər verir ki,bu barədə B.Hacıyev özü məlumat yayıb.

O bildirib ki, onun oğurlanması işi ilə bağlı "Təhlükəsiz Şəhər" kamera görüntülərinə baxış keçirilib:

“Baxışa başladıq və məlum oldu ki, 2 statik kameradan əlavə altdakı fırlanan kamera məhz hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb. Saatlarla... Nəinki o tərəfə, ümumiyyətlə, fırlanmayıb.

Son bir neçə gündür o kameranı müşahidə edirəm, işləyir, fırlanır. Bir neçə fərqli vaxtda kameranın fırlanmasını da videoçəkilişlə qeydə almışam.

Sual yaranır ki, mənə qarşı törədilmiş cinayətdə hüquq-mühafizə orqanlarının əli yoxdursa, DİN-in "Təhlükəsiz Şəhər" kamera sisteminə kim müdaxilə edib, kameranı bir istiqamətdə kilidləyə bilər?

Bu fakt özü bir daha mənim ehtimalımı təsdiq edir. Küçədən keçən cinayətkarlar DİN-in təhlükəsizlik kamerasını dondura bilir, yoxsa, bu kameralara əli çatan şəxslər törədib cinayəti?

Qeyd edək ki, B.Hacıyev 21 apreldə, saat 23 radələrində Naxçıvanski küçəsində maşınına yaxınlaşarkən başına torpa keçirilib və oğurlanıb. O, təzyiq və təhqirə məruz qaldıqdan sonra Ramana qəsəbəsi ərazisində kimsəsiz yerdə sərbəst buraxılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya