Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

2022-12-29 13:15:00

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

"Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarəti ilə qidalanmağa başlayıb", - vəkil bildirib.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Vəkilləri Bəxtiyar Hacıyevin 2 həftədir aclıq etdiyini qeyd edirdi.

Yeri gəlmişkən, bu gün Xətai Rayon Məhkəməsində B.Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılacaq. 

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.202972