“Bəsti Hüseynovanın iddiaları tam əsassızdır” – DİN-dən Hurriyyet.az-ın yazısına REAKSİYA

2023-05-25 15:32:00

“Bəsti Hüseynovanın iddiaları tam əsassızdır” – DİN-dən Hurriyyet.az-ın yazısına REAKSİYA

Hurriyyet.az saytında dərc olunan “PULUNUN OĞURLARNDIĞINI İDDİA EDƏN BAKI SAKİNİ POLİSDƏN ŞİKAYƏTÇİDİR – Bəsti Hüseynova: “Əgər polisin marağı yoxdursa, kameralar niyə açılmır?!” sərlövhəli yazıya Daxili İşlər Nazirliyindən reaksiya verilib.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, Bəsti Hüseynovanın iddiaları tam əsassızdır: "Vətəndaş Bəsti Hüseynovanın müraciətinin polis orqanında araşdırılmaması ilə bağlı iddiaları tam əsassızdır. Həmin şəxs bölmə rəisi tərəfindən iki dəfə qəbul edilərək dinlənilib. Onun müraciətilə bağlı təhqiqat araşdırması aparılıb və onun hesabına köçürülən pul vəsaitinin oğurlanmadığı müəyyən olunub. Prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin başlanması rədd edilib".

Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189874