“Beşinci kolon”un ruporunun rəhbəri Azərbaycandan çıxarılır

2022-06-10 11:27:00

“Beşinci kolon”un ruporunun rəhbəri Azərbaycandan çıxarılır

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika ilə həmin media orqanının prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilib və onların müvəqqəti yaşama icazələri ləğv edilib.

Hurriyyet.az Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya