Saat:15:26
Haqqımızda

Bəşəriyyətin ən böyük səhvlərindən biri! Cəhənnəm qapısı 50 ildir yanır

2021-08-05 13:30:00

Bəşəriyyətin ən böyük səhvlərindən biri! Cəhənnəm qapısı 50 ildir yanır

Hurriyyet.org xəbər verir ki, Türkmənistanın Qaraqum səhrasında yerləşən nəhəng Darvaza krateri 1971-ci ildən bəri yanmağa davam edir. Soyuq müharibə dövründə SSRİ alimlərinin neft və təbii qaz axtarışı zamanı səhvən açılan kraterin nə zaman bağlanacağını və indən belə nə qədər təhlükəli ola biləcəyini alimlər belə bilmirlər.

50 il sönməyən krateri türkmənlər “Cəhənnəm qapısı” da adlandırırlar.

350 min kvadratkilometr əraziyə malik Qaraqum səhrası Türkmənistanın dörddə birini təkil edir. Burada əhali çox azdır. Dünyanın ən geniş kanalı olan Qaraqum kanalı da buradan keçir.

Sovet geoloqları 1960-cı illərin sonlarından etibarən ərazidə neft və təbii qaz tapmaq məqsədi ilə bir sıra partlayışlar həyata keçirmişdilər. Onlar kiçik bir təbii qaz ehtiyatına malik olduğunu güman elədikləri mağaraları dinamitlə partladaraq buranın geoloji quruluşuna zərər verdilər və həmin ərazilər çökdü. İnsan itkisi olmasa da partlayış 70 m radiusu və 30 m dərinliyi olan çuxurun yaranmasına səbəb oldu və geoloqlarda sual doğurdu: “Yoxsa, bəşəriyyət üçün risk yaradan böyük bir qaz sızıntısı sahəsi yarandı?”

Tədqiqatçılar ard-arda xətalar etdilər: səhvlərinin mümkün nəticələrindən qorxduqları üçün alovların bir neçə gün sonra sönəcəyinə inanaraq qazı yandırdılar. Bu, ikinci səhv idi. Nəticədə artıq 50 ildir ki, yanmağa davam edən “Cəhənnəm qapısı” yarandı. İndiyə qədər heç bir alim onun nə vaxt sönəcəyini və hansı təsirlər törədə biləcəyini proqnozlaşdıra bilməyib.

Kraterin yaxınlığındakı kiçik bir kənd olan Darvazanın əhalisi buradan köçürüldü.

Hazırda krater, insan acizliyinin açdığı və hələ də bağlaya bilmədiyi qapının rəmzi kimi yüzlərlə turisti cəlb eləyən mərkəzə çevrilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR