Bəşər Əsədin xalası oğlu 300 min dollarlıq avtomobildə Los-Anceles küçələrində

2021-10-13 14:39:00

Bəşər Əsədin xalası oğlu 300 min dollarlıq avtomobildə Los-Anceles küçələrində

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsədin xalası oğlu Əli Makluf ABŞ-ın Los Anceles şəhərində lüks avtomobili ilə görünüb. 

“Anadolu Agentliyi”nin “Vice News” nəşrinə istinad elədiyi xəbərində bildirilir ki, Əsədin ABŞ-ın sanksiya siyahısında olan xalası oğlu – suriyalı biznesmen Rami Maklufun oğlu Əli Makluf Los-Anecelesin zəngin Beverli Hills rayonunda 300 min dollardan baha olan “Ferrari” markalı avtomobildə rəfiqəsi ilə görünüb.

Lüks avtomobil sahiblərinin nə işlə məşğul olduğunu soruşan Deniel Mak adlı bloggerin kamerasına tuş gələn Makluf sualın cavabında avtomobili kirayə götürdüyünü və təcrübə keçdiyini söyləyib.

ABŞ Ticarət Nazirliyi 2008-ci ildə Rami Maklufun ölkədəki bütün əmlakını dondurmuş və ABŞ şirkətlərinin Makluf, yaxud da onunla bağlı olan şirkətlərlə əməkdaşlığını qadağan eləmişdi.

Hürr Tərcüman